İzmirdə qış mövsümündə meşə yanğını baş verib

İzmirdə qış mövsümündə meşə yanğını baş verib
Türkiyənin İzmir vilayətinin Buca mahalının meşə sahəsində yanğın baş verib.
Alovun hansı səbəbdən başladığı hələlik məlum deyil.
Yanğın barədə İzmir Meşə Region Müdirliyinə və polisə ilk məlumatı da yerli sakinlər veriblər.
Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə sahəsində olan dörd barak yanaraq yararsız hala düşüb.

Mənbə: DHA
Gundelik-Baku.Org