Kadırov və rusiyalı deputatın "saqqal davası"

Kadırov və rusiyalı deputatın "saqqal davası"
Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev və Çeçenistan rəhbəri Ramzan Kadırov arasında mübahisə olub. 
Xarici KİV xəbər verir ki, onlar Rusiya ordusunun tərkibində döyüşən saqqallı çeçen hərbçilərlə bağlı mübahisə edib.
Rusiya ordusunun keçmiş generalı olan Sobolev deyib ki, orduda hər şey lazım olduğu kimi olmalıdır. O, bunu Rusiya hərbi nizamnamələri ilə əlaqələndirib: "Bu, hərbi nizam-intizamın əsas tələbidir". 
Çeçenistan lideri Ramzan Kadırov özünün "Telegram" kanalında Sobolevin şərhlərinə sərt reaksiya verib və bunları təxribat adlandırıb: "Qrupumuzun üzvlərinin 99,9%-i saqqal saxlayır".
Kadırovun açıqlamasından sonra Sobolev bildirib ki, o, əslində saqqal saxlamağın yox, əsgərlərin səhlənkarlığının əleyhinədir. Deputat Çeçenistandan olan əsgərləri tərifləyərək, onlar Ukraynaya göndərilməmişdən əvvəl alaya baş çəkdiyini və onların əla göründüyünü deyib.
Gundelik-Baku.Org