Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavininə cinayət işi açıldı

Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavininə cinayət işi açıldı
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Haykaz Baqmanyana qarşı cinayət işi başlanıb.
Bu barədə "Sputnik Armenia"ya məlumat yayıb. 
Bildirilir ki, 2014-cü ildən 2020-ci ilin dekabrına kimi bəyannamə təqdim etmək öhdəliyi daşıyan Baqmanyan şəxsi balansına guya qanuni gəlirlərini üstələyən və əsaslandırılmamış əmlak - pul vəsaitləri əlavə edib. O, bəyan edilməli olan yuxarıda qeyd olunan məlumatları da gizlədib.
Faktla bağlı araşdırma davam edir.
Gundelik-Baku.Org