Ermənistanda daha bir nazirin istefası gözlənilir

Ermənistanda daha bir nazirin istefası gözlənilir
Ermənistanın İqtisadiyyat naziri vəzifəsi ilə vidalaşa bilər.
Bu barədə  “Sputnik Armenia” məlumat yayıb. 
"Hökumət başçısı bəyanatlarına görə tez-tez gülməli vəziyyətə düşən İqtisadiyyat naziri Vaan Kerobyanın işindən narazıdır. Yaxın zamanda onun istefa xəbəri gələcək", - KİV yazıb. 
Nazir isə barəsində yayılan xəbərlərə münasibət bildirməyib. 
Qeyd edək ki, Vaan Kerobyan 2020-ci ilin noyabrın 27-də Ermənistan İqtisadiyyat naziri vəzifəsinə təyin olunub. 
Gundelik-Baku.Org