İranda casusluqda ittiham olunan Belçika vətəndaşı şallaqlanacaq

İranda casusluqda ittiham olunan Belçika vətəndaşı şallaqlanacaq
Belçika vətəndaşı Olivye van Kastel İranda birinci instansiya məhkəməsi tərəfindən casusluq ittihamı ilə həbs cəzasına məhkum edilib.
Belçikalı ABŞ-ın xeyrinə İrana qarşı casusluq, qaçaqmalçılıq və çirkli pulların yuyulması da daxil olmaqla dörd maddə üzrə təqsirli bilinib. O, 12,5 il həbs və 74 şallaq cəzasına məhkum edilib.
Hökmdən 20 gün ərzində Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Mənbə: TASS
Gundelik-Baku.Org