Flora Kərimova Afət Fərmanqızı ilə bağlı yenidən məhkəməyə müraciət etdi

Flora Kərimova Afət Fərmanqızı ilə bağlı yenidən məhkəməyə müraciət etdi
Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə bağlı yenidən məhkəməyə müraciət edib.

Flora Kərimova aşağı instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Ali Məhkəməyə üz tutan Xalq artisti Afət Fərmanqızının həbs edilməsini istəyir.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib.

Qeyd: Daha əvvəl Binəqədi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmə prosesi keçirilib. Şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb və yekun olmayan məhkəmə aktı çıxarılıb. Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib. Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını tələb edir.

Xatırlatma: müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu da Xalq artisti Flora Kərimovanı məhkəməyə verib. Məhkəmə şikayətləri əsassız hesab edərək icraata qəbul etməyib. Daha sonra olnar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən və apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Hər iki şikayət ərizəsində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilmişdi.
Gundelik-Baku.Org