İranda eks-prezidentin qızı HƏBS EDİLDİ

İranda eks-prezidentin qızı HƏBS EDİLDİ
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xarici KİV xəbər verir ki, İran Məclisinin (parlamentin) keçmiş üzvü, tanınmış qadın hüquq müdafiəçisi Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları qızışdırdığına görə həbs cəzasına məhkum edilib. Bu barədə onun vəkili Nida Şəms məlumat yayıb. 
O qeyd edib ki, Haşimi-Rəfsəncani sentyabrın 27-də Evin həbsxanasında həbs edilib:
"Müvəkkilim sakinləri nümayişə təhrik etdiyinə görə birinci instansiya məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib. Biz qanun çərçivəsində bu qərardan şikayət verməyə çalışacağıq".
60 yaşlı fəal həmçinin “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hakimiyyət sisteminə qarşı təbliğatda” da ittiham olunub.
Gundelik-Baku.Org