İsveç səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

İsveç səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI
İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Səfir İsveç dövlət televiziyasında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz məzmunlu proqramın nümayişinə görə XİN-ə çağırılıb.
Diplomata Türkiyə və onun dövlət başçısı əleyhinə yönəlmiş təhqiramiz ifadə və görüntülərin dövlət telekanalında yayınlanmasının qəbuledilməz olduğu bildirilib.
Gundelik-Baku.Org