Çavuşoğlu Blinkenlə F-16-lardan danışdı

Çavuşoğlu Blinkenlə F-16-lardan danışdı
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunur ki, danışıq zamanı Ukraynada baş verən son hadisələr, xüsusilə "taxıl sazişi"nin icrası, NATO-nun genişlənməsi, F-16-ların Türkiyəyə tədarükü prosesi və qarşıdan gələn səfərlər müzakirə edilib.
Bundan əlavə, tərəflər Suriyadakı son hadisələr ətrafında da fikir mübadiləsi aparıblar.
Nazir Çavuşoğlu Türkiyənin terrorla mübarizəni qətiyyətlə davam edəcəyini vurğulayıb.
Gundelik-Baku.Org