“Twitter”ə sadə, amma lazımlı yenilik gəlir

“Twitter”ə sadə, amma lazımlı yenilik gəlir
“Twitter”ə mətn formatlama funksiyası əlavə olunacaq.
Bu barədə amerikalı sahibkar İlon Mask sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Bu rübdə biz qalın şrift, alt xətt və şrift ölçüsü kimi sadə formatlaşdırma xüsusiyyətlərini əlavə edəcəyik”, - deyə o bildirib.
Bundan əvvəl Mask “Twitter”də yeni funksiyalar, o cümlədən uzun mətnlər və interfeysin kütləvi yenilənməsi haqqında məlumat verib. O, bu yeniləmənin təfərrüatını hələ açıqlamayıb.

Gundelik-Baku.Org