Verdiyi sözə əməl etməyən Mask “Twitter”ə yeni qayda gətirir

Verdiyi sözə əməl etməyən Mask “Twitter”ə yeni qayda gətirir
“Twitter”də sorğularda səsvermə mexanizmi dəyişə bilər.
Bu barədə sosial şəbəkənin rəhbəri İlon Maskın rəsmi hesabında yazdıqlarından bəlli olub.
Belə ki, amerikalı biznesmen gələcəkdə sosial şəbəkə anketlərində səsvermədə yalnız “Blue” abunəsi olan istifadəçilərin iştirak edə biləcəklərini xəbər verib.
“Yaxşı fikirdir. “Twitter” bu dəyişikliyi edəcək”, - deyə sahibkar sosial şəbəkə siyasəti ilə bağlı sorğularda yalnız abunəsi olan insanlara iştirak etmək hüququ verilməli olduğunu deyən istifadəçinin şərhinə cavab yazıb.


Qeyd edək ki, dekabrın 19-da İlon Mask “Twitter” rəhbəri vəzifəsindən istefa verməsi ilə bağlı sorğu keçirib. Səsvermənin nəticələrinə görə, sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, biznesmen bu işi tərk etməlidir.


“Necə deyərlər, arzularınızdan qorxun, çünki onlar gerçəkləşə bilər”, - deyə Mask sorğunun nəticələrini şərh edib.
Gundelik-Baku.Org