Zelenskinin Ofisi Zaporojyeyə raket hücumunun detallarını açıqladı

Zelenskinin Ofisi Zaporojyeyə raket hücumunun detallarını açıqladı
“Rusiya yenidən Zaporojyeni atəşə tutub, bu zaman S-300 raketlərindən istifadə edilib. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisindən məlumat verilib.
“Şəhərə raket hücumunda düşmən S-300 raketlərindən istifadə edib. İşğalçılar infrastruktur obyektlərinə zərbələr endiriblər. Bir nəfər yaralanıb”, - deyə məlumatda qeyd edilib.
Prezident Ofisindən bildirilib ki, zərbələrin endirildiyi yerdə yanğın baş verib, iki anbar binası dağıdılıb.
Qeyd olunur ki, partlayış nəticəsində 5 mərtəbəli yaşayış binası və yaxınlıqda dayanan avtomobillər də zərər görüb.
Xatırladaq ki, yanvarın 3-ü axşam saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərini atəşə tutub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, mülki infrastruktur obyekti vurulub.
Müəssisədə yanğın başlayıb, partlayış dalğasından yaxınlıqdakı evlərin pəncərələri uçub, bir nəfər isə qəlpə yarası alıb.

Mənbə: UNİAN
Gundelik-Baku.Org