Zond Ayın üfüqündə Yerin doğuşunu qeydə aldı

Zond Ayın üfüqündə Yerin doğuşunu qeydə aldı
Koreya Respublikasının ilk Ay zondu olan Danuri Ayın və Yerin səthinin ağ-qara fotoşəkillərini göndərib.
Adının mənası təxminən “Aydan həzz almaq” kimi tərcümə olunan Danuri 2022-ci ilin avqustunda ABŞ-dən “SpaceX” raketi ilə buraxılıb və dekabrda Ayın orbitinə daxil olub.
Bildirilir ki, ötürülən görüntülər dekabrın 24-dən yanvarın 1-dək çəkilib. Koreya Aerokosmik Tədqiqatlar İnstitutunun (KARI) bəyanatında deyilir ki, zond Ayın və Yerin səthini Aydan 120 km yüksəklikdən qeydə alıb.
Yeni şəkillər və videolar 2032-ci ildə Aya eniş yerlərini seçmək üçün istifadə olunacaq.
Gundelik-Baku.Org