Türk PUA-larının alıcıları artıb - Bayraktar

Türk PUA-larının alıcıları artıb - Bayraktar
Türkiyənin aparıcı pilotsuz təyyarə istehsalçısı şirkətin ixrac həcmi 2022-ci ildə 1,18 milyard dollara yüksəlib, türk şirkəti 18 ölkə ilə müqavilə bağlayıb.
Bu barədə Səlcuq Bayraktar "Twitter"də yazıb.
Sosial şəbəkədə yerləşdirilən infoqrafikaya görə, son bir ildə "Baykar" 18 yeni xarici tərəfdaşla pilotsuz uçuş aparatlarının tədarükü üçün müqavilələr imzalayıb. Şirkətin məhsulları dünyanın 27 ölkəsinə çatdırılır.
Hesabatda, həmçinin qeyd olunur ki, gəlirin böyük hissəsi, 99,3 faizi şirkət məhz məhsul ixracı hesabına əldə edir.
Gundelik-Baku.Org