Hindistan nüvə gücünə malik ballistik raketi sınaqdan keçirib

Hindistan nüvə gücünə malik ballistik raketi sınaqdan keçirib
Hindistan nüvə başlığı daşıya bilən yerüstü orta mənzilli ballistik raketi Agni Prime-ı uğurla sınaqdan keçirib.
Bu barədə “ Times of India ” ölkənin Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.
Nəşrin məlumatına görə, raket Odişa sahilindəki sınaq poliqonundan buraxılıb.
Qeyd olunur ki, “Agni-Prime”in bu buraxılışı artıq üçüncüdür. Əvvəllər bu raketlə sınaqlar 2021-ci ilin iyun və dekabr aylarında həyata keçirilib. “Agni-Prime” 1-2 min kilometr mənzilli iki mərhələli bərk yanacaqlı yerdən yerə raketdir.
“Sınaq uçuşu zamanı raket maksimum məsafəni keçib və bütün sınaq məqsədləri uğurla yerinə yetirilib”, - Hindistan Müdafiə Nazirliyinin sözçüsü bildirib.
İyun ayında Hindistan Müdafiə Nazirliyinin Agni-4 orta mənzilli ballistik raketin planlaşdırılmış buraxılışını həyata keçirdiyi bildirilmişdi.
Gundelik-Baku.Org