İnam Kərimov həmyerlisinin REKTOR TƏYİN ETDİRİR... - Görünəni budur...

İnam Kərimov həmyerlisinin REKTOR TƏYİN ETDİRİR... - Görünəni budur...
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim-professor heyətinin bu təhsil müəssisəsinin gələcək rektorunun kim olacağı ilə bağlı fərqli baxışları var.
Faktinfo.az saytının məlumatına görə, bir qrup müəllim hesab edir ki, ADAU rektoru səlahiyyətlərini icra edən Zəfər Qurbanovun rektor təyin ediləcəyi inandırıcı görünmür. Baxmayaraq o, Kənd Təsərrüfatı naziri İnam Kərimovun həmyerlisidir, yaxınıdır. Belə düşünülür ki, nazir də onun rektor təyin edilməsində yetərsiz olacaqdır. Çünki, Zəfər Qurbanov texniki elmlər namizədidir, onun ixtisası neft sənayesi üzrədir o, aqrar sektora onun istehsalat həyatına tanış sima deyil.

Digər qisim isə hesab edir ki, birdən-birə Bakı Ali Neft Məktəbindən Zəfər Qurbanov ADAU-ya rektor əvəzi gətirilirsə və eyni vaxtda universitetdə onun üçün Ümumi İşlər Üzrə prorektor vəzifəsi yaradılırsa demək ki, o sonrakı mərhələdə rektor da təyin olunacaq.

Hərçənd, Zəfər Qurbanovun rektor kimi təyinatının gerçəkləşməyəcəyi ssenarisinə özünü hazırlayanların alternativ variantının olduğu da Gəncə şəhərində söylənilir. Bu şəxs son bir ilə qədər Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi şöbəsinin müdiri olmuş, öz yerinə ən yaxın qohumu Ceyhun İbrahimovu təyin etdirə bilmiş, hazırda ADAU-nun Elmi İşlər üzrə prorektoru Azad İbrahimovdur. Hətta, onun yaxın aylara kimi İbrahim Cəfərovun yerinə rektor ola bilmək imkanlarının nəzərdə olduğu belə diqqətdə saxlanılırmış.

Qeyd edək ki, Qurbanov Zəfər Qəzənfər oğlu Bakı Ali Neft məktəbində Tədris İşləri Üzrə prorektor vəzifəsində çalışıb, texnika elmləri namizədidir. Bir müddət əvvəl ADAU-nun vəzifəsindən çıxarılan rektoru İbrahim Cəfərovun səlahiyyətlərini icra edir.
Gundelik-Baku.Org