Peyvənd olunanların sayı AÇIQLANDI

Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 776 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 361, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 123, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 238, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 54 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 901 395, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 386 713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 524, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 382 774, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 364 nəfər təşkil edir.
Gundelik-Baku.Org