Bu il 94 minə yaxın doğum qeydiyyata alınıb

Bu il 94 minə yaxın doğum qeydiyyata alınıb
Bu ilin 9 ayı ərzində Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən ölkədə 93 min 685 doğum qeydiyyata alınıb.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı" İctimаi Birliyinin həyata keçirdiyi “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatında bildirilib.
Hesabata əsasən, bu müddət ərzində 45 min 313 nikah, 46 min 359 ölüm qeydə alınıb.
Həmçinin qeydə alınan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı 213 min 606 olub.
Gundelik-Baku.Org