Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək

Zəfər Günü ilə bağlı Bakı və Şuşada yürüşlər keçiriləcək
Zəfər Günü ilə bağlı noyabrın 8-də Bakı və Şuşa şəhərlərində yürüş keçiriləcək.
Saat 10:00-dan 12:00-dək Bakı və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyətin yürüşləri təşkil olunacaq.
Yürüşlər bu marşrutlar üzrə olacaq:
1-ci marşrut: Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinomərkəzi -Neftçilər prospekti – Azadlıq meydanı;
2-ci marşrut: Şəhidlər Xiyabanı - Alov Qüllələri Kompleksi - İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – "Azneft" dairəsi – Bəhram Gur heykəli.
3-cü marşrut: Hüseyn Cavid Parkı – Hüseyn Cavid prospekti – Parlament Prospekti - Şəhidlər Xiyabanı.
4-cü marşrut: Şuşa şəhərində.
Gundelik-Baku.Org