Bakıda rabitə naqilini kəsib oğurlayan şəxs saxlanılıb

Bakıda rabitə naqilini kəsib oğurlayan şəxs saxlanılıb
Bakı şəhərinin Nərimanov rayonunda rabitə naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Gözəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
Gundelik-Baku.Org