Şəkidə evdə yanğın olub, 92 yaşlı qadın xəsarət alıb - YENİLƏNİB

Şəkidə evdə yanğın olub, 92 yaşlı qadın xəsarət alıb - YENİLƏNİB
Şəkidə 3 otaqlı evdə yanğın baş verib.
FHN xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə, aynabəndin tavanı 3 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
15.22
Şəkidə fərdi yaşayış evində yanğın olub.
Yanğın günorta saatlarında Şəki şəhəri 20 Yanvar küçəsində, 1932-ci il təvəllüdlü Nəzihə Sərxan qızı İbrahimovaya məxsus birmərtəbəli, 3 otaqlı evdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü, mətbəx və aynəbəndin tavanının bir hissəsi yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
92 yaşlı ev sahibi Nazihə İbrahimova ayaq nahiyəsindən yanıq xəsarəti alıb. Qadın təcili tibbi yardım briradası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org