Binəqədidə ev yanıb

Binəqədidə ev yanıb
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
 FHN xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılan əşyalar yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org