Şəkidə evdə yanğın olub, 92 yaşlı qadın xəsarət alıb

Şəkidə evdə yanğın olub, 92 yaşlı qadın xəsarət alıb
Şəkidə fərdi yaşayış evində yanğın olub.
Yanğın günorta saatlarında Şəki şəhəri 20 Yanvar küçəsində, 1932-ci il təvəllüdlü Nəzihə Sərxan qızı İbrahimovaya məxsus birmərtəbəli, 3 otaqlı evdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü, mətbəx və aynəbəndin tavanının bir hissəsi yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
92 yaşlı ev sahibi Nazihə İbrahimova ayaq nahiyəsindən yanıq xəsarəti alıb. Qadın təcili tibbi yardım briradası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org