Oğuz və Balakənin bir hissəsində qaz olmayacaq

Oğuz və Balakənin bir hissəsində qaz olmayacaq
"Azəriqaz" İstehsal Birliyi Oğuz və Balakən sakinlərinə müraciət edib.
İB-dən bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında QPS-lərdə ölçü qovşaqlarının giriş və çıxışlarında quraşdırılmış istismara yararsız siyirtmələrin dəyişdirilməsi ilə bağlı bu gün saat 09:00-dan təmir işləri başa çatanadək “Oğuz (Yaqublu)” ölçü qovşağından və “Balakən 1 və 2 xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Oğuz rayonun tam olaraq, Balakən rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gundelik-Baku.Org