Bu gün üç rayonda qaz olmayacaq

Bu gün üç rayonda qaz olmayacaq
Bu gün Şamaxı, Xızı və Qobustan rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinin daxili səthinin təmizlənməsi ilə bağlı aprelin 4-də, saat 09:00-dan “Altıağac 1-ci xətt”, “Cənnət Bağı”, “Hacılı əhali” və “Xilmilli kəndi” ölçü qovşaqlarından qaz təchizatı işlər başa çatanadək dayandırılıb.
Həmçinin saat 12:00-dan işlər başa çatanadək “Şamaxı”, “Mədrəsə” və “Çuxuryurd” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Şamaxı rayonu tam olaraq, Xızı və Qobustan rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gundelik-Baku.Org