İndiyədək azad edilmiş ərazilərə 500-ə qədər ailə köçürülüb

İndiyədək azad edilmiş ərazilərə 500-ə qədər ailə köçürülüb
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə köçürülən ailələrin sayı açıqlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Komitə sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşü zamanı bildirib.
Qeyd edilib ki, indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 95 ailə (349 nəfər) Füzuli şəhərinə, 21 ailə ( 94 nəfər) Zabux kəndinə köçürülüb.
Gundelik-Baku.Org