70-ə yaxın Türkiyə vətəndaşı Azərbaycana təxliyə olunub

70-ə yaxın Türkiyə vətəndaşı Azərbaycana təxliyə olunub
Zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunan Türkiyə vətəndaşlarının sayı açıqlanıb. 
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. 
Onun sözlərinə görə, 67 nəfər Türkiyə vətəndaşı ölkəmizə gətirilib. 
XİN rəsmisi qeyd edib ki, ümumilikdə 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları təxliyə edilib. 
Gundelik-Baku.Org