Füzuliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB + VİDEO

Füzuliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB + VİDEO
Yenidən qurulan Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, açarları Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov təqdim edib.
12:50
İşğaldan azad olunan Füzuli rayonuna yola salınan daha 102 sakin doğma yurda çatıb.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, Füzuli şəhərinə köçən ailələri Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və digər rəsmi şəxslər qarşılayıb.
Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Xatırladaq ki, sentyabr 7-də Füzuli şəhərinə köçürülənlər Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksində məskunlaşan ailələr olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam edir.
07:07
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
“Report” xəbər verir ki, sentyabr 7-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 102 nəfər köçürülüb. Azərbaycan ordusunun qazandığı zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 95 ailə, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.

Gundelik-Baku.Org