Ağalıya növbəti köç: Ümumən 86 ailə oldu

Ağalıya növbəti köç: Ümumən 86 ailə oldu
Martın 3-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə sayca səkkizinci köç karvanı yola salınıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 10 ailə - 44 nəfər doğma yurdlarına köçürülüb.
Ağalı kəndinə növbəti ailələrin köçürülməsi ilə kənddə 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olunub. 
Gundelik-Baku.Org