Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur? - CAVAB

Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur? - CAVAB
Maraqlıdır, görəsən, hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur? 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin şöbə müdiri, həkim-fizioterapevt Təranə Məmmədova bildirib ki, müasir dövrdə fizioterapiya tibbin əvəzolunmaz sahəsidir. 
Onun sözlərinə görə, fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir:
"Fizioterapiya zamanı günəş şüası spektrləri, elektrodalğaları, maqnit və ultrasəs dalğalarını müxtəlif aparatlardan istifadəsi nəzərdə tutulur. Eyni zamanda, fizioterapiya müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklərə həzm orqanları xəstəlikləri, sinir sistemi, tənəffüs, ginekoloji, urolojı, cərrahi, oynaq xəstəlikləri və s. xəstəliklər aiddir".
Gundelik-Baku.Org