Yoqa, pilates və fitneslə məşğul olanlara XƏBƏRDARLIQ

Yoqa, pilates və fitneslə məşğul olanlara XƏBƏRDARLIQ
Yoqa, pilates və fitnes proqramlarında təcrübəsiz insanlar üçün tövsiyə olunmayan hərəkətlər var.
Bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin şöbəs müdiri, həkim-fizioterapevt Təranə Məmmədova bildirib.
"Təəssüflər olsun ki, əksər hallarda insanlar yalnız kəskin ağrılar zamanı həkimə müraciət edirlər. İdman müalicə növüdür, eyni zamanda idman fərdi şəkildə planlaşdırılmalıdır. Xüsusi ilə dayaq hərəkət sistemi xəstəliklərində (skolioz, kifoz, fəqərələrarası disk yırtığında) daha diqqətli olmağınız tövsiyə olunur" - deyə o, qeyd edib.
Gundelik-Baku.Org