Aygünlə İradə illər sonra görüşdü

Aygünlə İradə illər sonra görüşdü
Uzun müddətdir Türkiyədə yaşayan və bu yaxınlarda Azərbaycana gələn tanınmış müğənni İradə İbrahimova Xalq artisti Aygün Kazımova ilə bir araya gəlib.
OLAY yazır ki, sənətçilər ötən gün Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən xalq konsertində görüşüblər.
Həmin anlar Kazımovanın köməkçisi tərəfindən sosial şəbəkədə paylaşılıb. Kadrlarda İbrahimovanın Xalq artistinə “sizi sevirəm”,- deyərək səmimi qucaqlaşma əks olunub. 
Qeyd edə ki, İ. İbrahimova 2005-ci ildə Kazımovanın ad günündə onun “Sənsiz” mahnısını ifa edib.

Gundelik-Baku.Org