Xalq artistinə ağır itki

Xalq artistinə ağır itki
Xalq artisti Yusif Eyvazova ağır itki üz verib.
OLAY yazır ki, opera ifaçısı bu barədə instaqramda məlumat yayıb. Sənətçi bildirib ki, xalası dünyasını dəyişib:
“Xalam rəhmətə getdi.. Bu inanılmaz qadına, onun mədəniyyətinə, ağlına, danışıq qabiliyyətinə və hamımıza qarşı həssas münasibətinə, ən çətin məsələləri çox asan həll etmək bacarığına həmişə heyran olmuşam. O özü həyatda hər şeyə nail olub, uzun illər çalışıb, kafedra müdiri kimi işləyib. Əla alim, övlad, həyat yoldaşı, ana, nənə, bacı, bibi olub. Hər birimiz üçün əziz insan idin, hətta xəstəlikdən əziyyət çəkəndə və ağrılı anlarında belə bunu heç kimə hiss etdirmədin. Mən səni çox sevirəm və həmişə xatırlayacağam”.

Gundelik-Baku.Org