Göyçayda illərdir ki, antisanitar vəziyyətə göz yumulur... - VİDEO

Göyçayda illərdir ki, antisanitar vəziyyətə göz yumulur... - VİDEO
Göyçayın Bakı küçəsinin sakinləri illərdir ətrafa yığılan məişət tullantılarının yaratdığı antisanitar vəziyyətdə yaşamaq məcburiyyətində qalıblar. 
Üzləşdikləri problemlərin həll olunmadığını bildirən vətəndaşlar çarəni Baku TV-nin qaynar xəttinə müraciət etməkdə görüblər.
Sakinlərin sözlərinə görə, binaların qarşısında zibil qutularının həddindən artıq az olması və ya heç olmaması vəziyyətin bu həddə gəlib çatmasına səbəb olub.
Məişət tullantılarının artması burada sahibsiz küçə itlərinin də çoxalmasına gətirib çıxarıb.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar və yaxın günlərdə həmin əraziyə xüsusi texnikalar cəlb olunacaq. Məhəllədəki antisanitar vəziyyət tamamilə aradan qaldırılacaq.
Ətraflı süjeti təqdim edirik:

Gundelik-Baku.Org