Azərbaycanın axtarışa verdiyi gürcü Polşada tutuldu

Azərbaycanın axtarışa verdiyi gürcü Polşada tutuldu
Azərbaycanın hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi şəxs Polşada tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnterpol xətti ilə axtarışda olan Gürcüstan vətəndaşı, 1979-cu il təvəllüdlü Zaza Khutsishvili Polşada saxlanılıb. Onun ekstradisiyası üçün müvafiq tədbirlər həyata keçirilir.
Z.Khutsisvilinin Azərbaycan Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə axtarışda olduğu bildirilib.
Gundelik-Baku.Org