Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxslərdən biri tutulub.
“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunan 1992-ci il təvəllüdlü Elnur Salamzadə Rusiya Federasiyası ərazisində saxlanılıb.
Onun Azərbaycana ekstradisiya edilməsi məqsədilə tədbirlər görülür.
Qeyd edək ki, E.Salamzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib.
Gundelik-Baku.Org