Deputat küçədə kartof satan adamı tutdurdu

Deputat küçədə kartof satan adamı tutdurdu
Ermənistan Milli Məclisinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryanla İrəvanın Tiqranyan küçəsində kartof satan sıravi bir erməni arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb. 
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 
“Hadisə ilə bağlı deputatdan məlumat daxil olub, deputat zərərçəkmiş kimi tanınıb bir nəfər həbs edilib”, - İstintaq Komitəsindən bildirilib.
Qeyd olunur ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin xuliqanlıq maddəsinin 297-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. 
Gundelik-Baku.Org