Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. 
Bu barədə onun vəkili Aqil Layc məlumat yayıb. 
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da saxlanılıb. Onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri əsasında cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 
Daha sonra Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
Bu il yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. 
 
 
Gundelik-Baku.Org