Ermənistan ordusunun dizel oğruları cəzalandırıldı

Ermənistan ordusunun dizel oğruları cəzalandırıldı
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq və kimya materialları xidmətinin rəisi vəzifəsini icra edən S.T. külli miqdarda dizel yanacağını satıb. 
Bu barədə Ermənistan Respublikası Baş Prokurorluğu məlumat yayıb. 
Məlumata görə, sözügedən şəxs bir neçə nəfərlə ilkin razılıq əsasında 236 min 169 dram (min manatdan çox) dəyərində dizel yanacağını dələduzluq yolu ilə oğurlayıb. O cümlədən, yanacaq-sürtkü materiallarının məsrəflərinə, xüsusi mayelərin və texniki vasitələrin qəbulu və saxlanmasına, işinə nəzarətə cavabdeh olan S.T. 480 litr dizel yanacağını da digər yollarla hərbi hissədən çıxarıb. 
Ona Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi başlanıb. Korrupsiyaya qarşı mübarizə üzrə məhkəmənin 19 dekabr 2022-ci il tarixli hökmü ilə N saylı hərbi hissənin yanacaq və məxfi materiallar xidmətinin rəisi vəzifəsini icra edən S.T. cinayət törətməkdə təqsirli bilinib. Ona minimum əmək haqqının səkkiz yüz misli miqdarında (800 min dram) cərimə tətbiq edilib. İddia edilən əməldə yarımhərbi dəstənin atıcısı A.G də təqsirli bilinib. O, 200 saat ictimai işlərə məhkum edilib. 
Gundelik-Baku.Org