Azərbaycanda ən çox nikah bağlanan şəhərlərin adları məlum oldu

Azərbaycanda ən çox nikah bağlanan şəhərlərin adları məlum oldu
Azərbaycanda ən çox nikahın qeydə alındığı şəhərlərin beşliyi açıqlanıb.
Bu barədə Ədliyyə Nazirliyi (ƏN) məlumat yayıb.
Rəsmi məlumata görə, 2022-ci ildə qeydiyyat orqanlarında 61 930 nikah dövlət qeydiyyatına alınıb.
Bildirilib ki, say baxımından ilk beşlikdə daha çox nikah Bakı, Sumqayıt və Gəncə şəhərlərində, habelə Bərdə və Quba rayonlarında qeydə alınıb.
Gundelik-Baku.Org