DYP gücləndirilmiş iş şəraitində işləyir

DYP gücləndirilmiş iş şəraitində işləyir
Dövlət Yol Polis əməkdaşları gücləndirilmiş iş şəraitində işləyirlər.
Bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, respublika yollarında DYP əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri davam etdirilir:
"Avtomobil yollarında bütün əməkdaşlar gücləndirilmiş formada fəaliyyət göstərirlər. Yolda qalan avtomobillərə köməklik göstərilir, təhlükəli yollarda nəqliyyat vasitələri patrul avtomobilləri tərəfindən müşayiət olunur".
Gundelik-Baku.Org