Yollarda vəziyyət necədir?

Yollarda vəziyyət necədir?
Baş DYP İdarəsi respublikanın avtomobil yollarında mövcud vəziyyətlə bağlı məlumatı açıqlayıb.
Həmin məlumatı təqdim edirik:
Qarın yağması ilə əlaqədar respublikanın bir sıra əsas avtomobil yolarında mövcud vəziyyət barədə məlumatı əhalinin diqqətinə çatdırır və verilən informasiyanın aşağıda qeyd olunan istiqamətlər üzrə səfərə hazırlaşan hərəkət iştirakçıları tərəfindən nəzərə alınmasını xahiş olunur:
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, körpülərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Bakı-Şamaxı-Yevlax –  Qar yağmır, yolun 132-143-cü kilometrliklərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Ağsu aşırımı – Qar yağmır, yolun bəzi hissələrində buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Hacıqabul-Horadiz – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Şəmkir-Gədəbəy – Qar yağmır, yolun bəzi hissələrində buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Gəncə-Daşkəsən – Qar yağmır, buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Muğanlı-İsmayıllı-Şəki – Qar yağmır, yolun 0-40-cı kilometrliklərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Zaqatala-Balakən – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Lənkəran- Lerik – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Masallı-Yardımlı – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;
Aeroport yolu, Z.Bünyada prospekti – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur.
Gundelik-Baku.Org