"Ukrayna səfirliklərinə anonim təhdidlər gəlir" - Kuleba

"Ukrayna səfirliklərinə anonim təhdidlər gəlir" - Kuleba
Ukraynanın dünyanın müxtəlif ölkələrindəki səfirliklərinə anonim təhdidlər gəlməkdə davam edir.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Diplomatlarımıza təhdidlər gəlməkdə davam edir. Artıq bir həftədir ki, Ukrayna səfirlikləri və konsulluqları gücləndirilmiş təhlükəsizlik tədbirləri fəaliyyət göstərir". 
Kulebanın sözlərinə görə, son iki gündə İtaliya, Polşa, Portuqaliya, Rumıniya və Danimarkadakı səfirliklərə, eləcə də Qdanskdakı konsulluğa şübhəli bağlamalar daxil olub.
Gundelik-Baku.Org