Narkotik çəkib maşın sürən şəxs həbs olundu

Narkotik çəkib maşın sürən şəxs həbs olundu
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanının üzərinə örtük çəkilən “Mercedes” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü,  Bərdə rayon sakini  Şamxal Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9, 327.3, 334.3 və 511-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. 
Qaradağ rayon məhkəməsinin qərarına əsasən Ş.Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Gundelik-Baku.Org