Heydər Əliyev Beynəlxalq Aeroportundan hava limanında qətl baş verməsi iddiası ilə bağlı AÇIQLAMA

Heydər Əliyev Beynəlxalq Aeroportundan hava limanında qətl baş verməsi iddiası ilə bağlı AÇIQLAMA
Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə xəbər yayılıb. 
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirilib ki, baş verən hadisə həqiqəti əks etdirmir. Hava limanı ərazisində belə insident qeydə alınmayıb:  
“KİV-lərdən məlumatın yayılmasından öncə rəsmi qurumlardan dəqiqləşdirmələri xahiş olunur”.
Gundelik-Baku.Org