5 il sonra 5 milyonluq məhkəməni qazandı

5 il sonra 5 milyonluq məhkəməni qazandı
Dünyaca məşhur reper 2017-ci ildə başlayan və 5 il sonra yekunlaşan məhkəmədə qalib gəlib.
Şikayətçi Kevin Bropfi Kardidən “Döyməsini icazəsiz istifadə etdiyi və onun dəyərlərini təhqir edərək ədəbsiz hala salması” iddiası ilə 5 milyon dollarlıq təzminat tələb edirdi.
4 gün ard-arda keçirilən məhkəmə prosesində hakim reperi günahkar hesab etməyib və bunun məsuliyyətini daşımadığını bildirib.
Məhkəmə sonrası Kardi “Çox gərgin idim. Öncə Allaha sonra jürilərə təşəkkür edirəm. Elə bilirdim ki, qazanmayacağam. Hətta məhkəməni udsam, Borfiyə söyəcəyimə özümə söz vermişdim. Ancaq qəlbimdən onu söymək keçmir. Ona və ailəsinə ən xoş arzular diləyirəm”, - deyə, bildirib.
Gundelik-Baku.Org