İnternetdə tanış olduğu şəxsi bişirib yedi - FOTO

İnternetdə tanış olduğu şəxsi bişirib yedi - FOTO
ABŞ-da qan donduran hadisə baş verib. 

ABŞ-ın Miçiqan ştatında yaşayan 52 yaşlı Mark Latunski "Grindr” adlı tanışlıq proqramında 25 yaşlı Kevin Bekonla tanış olub.
Məhkəmə sənədlərinə görə, hər iki şəxs tanışlıq proqramında yazışıb görüşdükdən sonra Latunskinin evinə köçüblər. Latunski Bekona hücum edərək onu kürəyindən bıçaqlayıb. Qatil daha sonra Kevin Bekonun cəsədini evin zirzəmisinə aparıb və iplə tavandan asıb.

Məhkəmə sənədlərində Latunskinin 25 yaşlı şəxsin bədənini hissə-hissə bişirərək yediyi qeyd olunub.
Bekonun itkin düşdüyü bildirildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Latunskinin evinə gediblər. Cəsədin zirzəmidə asılmasına baxmayaraq, qatil məmurları evə buraxıb.

Hakim Metyu Stüart amansız qətli törədən şəxsin ömürlük azadlıqdan məhrum edilməsinə hökm edib./olke

 
Gundelik-Baku.Org