İkardi "Qalatasaray"ın son iki məşqini buraxıb

İkardi "Qalatasaray"ın son iki məşqini buraxıb
"Qalatasaray"ın agentinalı ulduzu Mauro İkardi komandanın son iki məşqində iştirak etməyib.
Türkiyə mediası xəbər verir ki, o, Superliqanın 18-ci turunda "Konyaspor"la matç öncəsi keçirilən hazırlığa qatılmayıb.
Argentinalı hücumçu fərdi qaydada məşq edib.
Onun sağ ayaq biləyi nahiyəsindən zədəsinin müalicəsinin davam etdiyi bildirilib.
İkardinin yanvarın 7-i keçiriləcək "Konyaspor"a qarşı görüşdə oynayacağı gözlənilir.
Qeyd edək ki, İkardi zədəsi səbəbindən uzun müddət iynə vurduraraq oyunlara çıxır. 
Gundelik-Baku.Org