İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Bu gün futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçiriləcək.

Turun mərkəzi qarşılaşmasında “Fənərbaxça” “Beşiktaş”ın qonağı olacaq. “Tüpraş” stadionunda reallaşacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Atilla Karaoğlan idarə edəcək.

Superliqanın XV həftəsinin ilk matçında "Qalatasaray" doğma meydanda "Adana Dəmirspor"u qəbul edib. 3-1 hesabı ilə başa çatan qarşılaşmada “cim-bom” çempionluq yolunda 3 xal qazanıb. Bununla da bir oyun artıq keçirən “Qalatasaray” 40 xalla turnir cədvəlində liderliyə yüksəlib.
Gundelik-Baku.Org