İkardidən arvadına 120 min dollarlıq HƏDİYYƏ

İkardidən arvadına 120 min dollarlıq HƏDİYYƏ
"Qalatasaray"ın bu mövsüm ən maraqlı transferlərindən olan argentinalı hücumçu Mauro İkardi şəxsi həyatı ilə gündəmə gəlməyə davam edib.
Xarici KİV xəbər verir ki, ulduz futbolçu İstanbul gecələrində yaxalanıb.
Həyat yoldaşı Vanda Nara ilə "ayrılıq", "barışma" xəbərləri ilə gündəmə gələn hücumçu obyektivlərə tuş gəlib. İkardi görünməmək üçün səy göstərsə də, kifayət etməyib.
İkardi Vanda Nara ilə görüşmək üçün ölkəsinə gedib. Münasibətləri gündəmdən düşməyən cütlükdən sürpriz foto gəlib. Hər addımı hadisə olan Vanda Nara sosial şəbəkədə "Qalatasaray"ın ulduz futbolçusu İkardi ilə fotosunu paylaşaraq "Mənim görüşüm" qeydini atıb.

Daha sonra başqa bir foto paylaşan Nara "Bütün ailəm üçün makaron hazırlamalıyam. Bu gün aşpaz, sabah isə Masterchef" yazıb.
Nəhayət, İkardi Vanda Naraya barışıq hədiyyəsi olaraq 120 min dollar dəyərində saat hədiyyə edib. İstirahət günlərini Buenos-Ayresdə keçirdikdən sonra İkardi və Vanda Nara yenidən birlikdə yaşamaq qərarına gəliblər.


Gundelik-Baku.Org